ƏRƏBLƏR VƏ ƏRƏB DİLİ

Yazarlar

  • Salman Suleymanov Bakı Avrasiya Uiversiteti

DOI:

https://doi.org/10.5281/zenodo.15306636

Anahtar Kelimeler:

The Arabs, the Qur'an, Akkadian, Semitic languages, Babylonian dialects, types of verbs, verb forms

Özet

Məqalədə ərəblərin tarixinə və ərəb dilinin qrammatik quruluşuna nəzər salınır. Eyni zamanda, ərəb dilinin Müqəddəs Qurani-Kərimin dili olduğu qeyd edilir.  Göstərilir ki, ərəb dili qrammatik cəhətdən nə qədər mükəmməl dil olsa da həmçinin, bəlağət, fəsahət və üslubiyyat baxımından da bir o qədər mükəmməldir.

Məqalədən anlaşılır və göstərilir ki, Allah-Taala yüzlərlə dilin içində öz sonuncu səmavi kitabını yer üzərinə məhz ərəb dilində göndərmiş və öz qüdrəti ilə bu dilin gözəlliklərini bəyan etmişdir. Şübhəsiz ki, müqəddəs Qurani-Kərimin ideyalarının, İslam hökmlərinin, şəriət qyda və qanunlarının yayılmasında ərəb ədəbi dilinin çevikliyi, səciyyəvi xüsusiyyətləri, qabiliyyəti, bacarığı və gözəlliyi də az rol oynamamışdır. Bu mənada, bütün orta əsrlər boyu ərəb ədəbi dili Qurani-Kərimin dili olduğuna görə və özündə yüksək gözəllikləri daşıdığı üçün şərəfli dil sayılmış, onun öyrənilməsi, araşdırılması həmişə şərəfli və müqəddəs bir iş hesab olunmuşdur. Bu baxımdan bütün əsrlər boyu ərəb dilində danışmağın, bu dildə ünsiyyət qurmağın özü də hörmətlə qarşılanmış, məhz buna görə də bu dilə həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır. Söz ehtiyatının zəngin olması, sinonimlərin çoxluğu və hər sinonim sözün öz incə fərqinin olması bu dilə imkan vermişdir ki, bütün təbii hadisələri, insan düşüncəsi daxilində olan və olmayan bütün duyğu və incəlikləri tam mənada ifadə edə bilsin. Bir çox hallarda ərəb dilinin ifadə etdiyi təsvir və xarakterləri ikinci bir dilə tam anlamı ilə tərcümə etmək mümkün olmur. Bu isə məhz, ərəb dilinin zənginliyini, geniş ifadə gücünü, onun çevikliyini və bacarığını bir daha açıq şkar sübut edir.

İndirmeler

İndirme verileri henüz mevcut değil.

Referanslar

Azerbaijan Soviet Encyclopedia. In 10 volumes, IV vol. Baku, 1980

Azerbaijan Soviet Encyclopedia. In 10 volumes.VIII vol. Baku, 1984

The Holy Qur'an. Translated from Arabic by: Ziya Bunyadov and Vasim Mammadaliyev. Baku, Azerneshr, 1991

Mammadov A. A brief course in the Arabic language. Baku, Maarif publishing pouse, 1988

Mammadov N. Stylistic Features of the Holy Qur'an. Baku, Nafta-Press, 2008.

Mammadaliyev V. Arabic linguistics. Baku, Maarif publishing house, 1985.

Mammadaliyev V. Foreword. The Holy Qur'an. Translated from Arabic by: Ziya Bunyadov and Vasim Mammadaliyev. Baku, Azerneshr, 1991.

Belyayev E.A. Arabs, Islam and the Arab Caliphate in the early middle ages. Moscow, Nauka, 1966.

Filshtinskiy I.M. History of Arabic literature. V - Early 10th Century. Moscow, Nauka, 1985.

Khalidov A.B. The Arabic language. - Essays on the history of Arabic culture from the 5th to the 15th century. Moscow, Nauka, 1982.

Khalidov A.B. Arabic manuscripts and the Arabic manuscript tradition. Moscow, Nauka, 1985.

Yayınlanmış

2025-04-30

Nasıl Atıf Yapılır

Suleymanov, S. (2025). ƏRƏBLƏR VƏ ƏRƏB DİLİ. EUROASIA JOURNAL OF SOCIAL SCIENCES & HUMANITIES, 12(2), 69–76. https://doi.org/10.5281/zenodo.15306636

Sayı

Bölüm

Makaleler